Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda prokurorluq işçilərinin peşə bayramı qeyd edilmişdir

30 sentyabr 2017 | 16:00

Sentyabrın 30-da rayon İcra Hakimiyyətinin müşavirə zalında prokurorluq işçilərinin peşə bayramı və Prokurorluğun yaradılmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanındakı möhtəşəm abidəsini ziyarət etmiş, Ümummilli Liderin xatirəsinə hörmət və ehtiramlarını bildirərək abidənin önünə əklil, gül-çiçək dəstələri düzmüşlər.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə çıxış edərək peşə bayramı münasibətilə prokurorluq işçilərini təbrik etmiş, onlara səmimi arzularını  çatdırmışdır. Qeyd etmişdir ki, prokurorluq dövlətimizin həyatında əhəmiyyətli yer tutur. İnsan hüquq və azadlıqlarının təmin edilməsində, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblər səviyyəsində formalaşmasında və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında prokurorluğun müstəsna rolu vardır. Ölkə prokurorluğu çoxillik tarixə malik olaraq onilliklər ərzində fəaliyyət göstərmişdir.  Ümummilli Lider Heydər Əliyev  tərəfindən imzalanmış 17 iyul 1998-ci il tarixli sərəncama əsasən hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlarda da prokurorluğun cəmiyyətdəki rolunun gücləndirilməsinə hüquqi imkanlar yaradan amillər öz əksini tapmışdır.

Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslı, rayon Polis Şöbəsinin rəisi Namiq Camalov tədbirdə çıxış edərək prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik etmişlər.

Rayon prokurorunun müavini Ramil Ədilov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Keçidlər