Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Narkomaniyaya yox deyək!” devizi altında tədbir keçirilmişdir

29 sentyabr 2017 | 16:00

Sentyabrın 29-da Sabirabad Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə hüquq mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişlər.

Öncə əsrin bəlası olan narkomaniyanın fəsadlarını əks etdirən “Bəla” adlı film nümayiş etdirilmişdir.

Rayon Polis şöbəsinin rəisi Namiq Camalov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Vasif Quliyev, Mərkəzi rayon xəstəxanasının narkoloq-həkimi Seymur Qəniyev, rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev mövzu ilə bağlı çıxış etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev gənclərə daim diqqət və qayğı göstərmişdir. Hazırda bu ənənə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Nazim İsmayılov məktəblilərə müraciət edərək vurğulamışdır ki, gənclər bizim gələcəyimizdir. Azərbaycanın gələcəyi gənclərdən asılıdır. Odur ki, gənclər zərərli vərdişlərə meyl etməməli, istedadlı və vətənpərvər gənclərimizdən daim nümunə götürməlidirlər.

Sonda məktəbliləri maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər