Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Vətəndaş iştirakçılığı” mövzusunda təlim keçirilmişdir

20 sentyabr 2017 | 16:00

20 sentyabr 2017-ci il tarixdə Sabirabad rayon Gənclər Mərkəzində “Vətəndaş iştirakçılığı” mövzusunda təlim keçirilmişdir.

Təlimdə iştirak edən gənclərə “Vətəndaş iştirakçılığı” anlayışı, onun dünyada mütərrəqqi modelləri barədə məlumat verilmişdir. İnteraktiv formada keçirilmiş təlimdə iştirak edən gənclər Azərbaycanda vətəndaş iştirakçılığı və onun inkişaf tarixi barədə öz fikirlərini bildirmişlər.

Layihə “Demokratiyanı öyrənirəm” İctimai Birliyinin təlimçisi Murad Həsənli tərəfindən icra edilmişdir. Təlimdə 15 nəfər gənc iştirak etmişdir.

Keçidlər