Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Bilik günü” qeyd edilmişdir

15 sentyabr 2017 | 16:00

“Bilik günü” münasibəti ilə Sabirabad rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilmişdir.

Tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, RİH başçısının müavinləri, rayonun idarə və müəssisələrinin məsul işçiləri şagird və müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edərək uğurlar arzulamışlar. Natiqlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarı olduğunu vurğulamışlar.

Ötən tədris ili də Sabirabad rayonu üçün uğurlu olmuşdur. 2016-2017-ci tədris ilində Sabirabad rayonu üzrə orta məktəbi bitirmiş məzundan 328 nəfəri ali məktəblərə qəbul olmuşdur. Ötən tədris ilində 17 nəfər 600-dən, 37 nəfər isə 500-dən yüxarı bal toplamışdır. Fərəhləndirici haldır ki, bu rəqəmlər ilbəil artır. Yeni tədris ilində Sabirabad rayonu ümumtəhsil məktəblərinə 2698 nəfər birinci sinfə qəbul olunmuşdur.

“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı. Qeyd etmək lazımdır ki, ötən illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayon ərazisində bir neçə təhsil ocağı əsaslı təmir olunmuş, yeni tədris korpusları inşa edilərək istifadəyə verilmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.

Keçidlər