Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda modul tipli 40 şagird yerlik yeni məktəb binasının açılışı oldu

15 sentyabr 2017 | 16:00

     Sentyabrın 15-də Qəfərli kəndində modul tipli 40 şagird yerlik yeni məktəb binasının açılışı olmuşdur. Modul tipli ibtidai məktəbin açılış mərasimini giriş sözü ilə təhsil müəssisəsinin direktoru Rəfayıl Yaqubov açaraq məktəbin şagirdlərini və müəllimlərini  «Bilik günü» münasibətilə təbrik etmişdir.
     Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev təhsilə daim qayğı göstərmişdir. İndi bu ənənə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiq yeni məktəb binasının istifadəyə verilməsi və «Bilik günü» münasibətilə şagird və müəllimləri təbrik edərək xoş arzularını çatdırmışdır.
     Valideynlər adından Vahid Fərzəliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
       Rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev vurğulamışdır ki, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, habelə yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi istiqamətində ölkəmizdə mühüm işlər görülür. Yeni tikilmiş Qəfərli ibtidai məktəbi də bunların sırasındadır. Pəhlivan Qarayev «Bilik günü» münasibətilə məktəbin kollektivini təbrik etmişdir.
      Yeni tikilmiş binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra şagirdlər sinif otaqlarına daxil olmuşlar.

Keçidlər