Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda ağır yol nəqliyyat hadisəsi baş verib

11 sentyabr 2017 | 16:00

11 sentyabr 2017-ci il tarixdə saat 11:00 radələrində Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad şəhəri Muğan prospektindən keçən hissəsində Sabirabad şəhəri Xətai küçəsi 24 saylı evdə yaşayan, 1949-cu il təvəllüdlü Baxşıyev Xələf Əsgərəli oğlu idarə etdiyi Mersedes markalı, 54-BH-806 dövlət nömrə nişanlı, Bakı-Sabirabad marşurutu ilə işləyən sərnişin mikroavtobusunun idarəetməsini itirərək yolun kənarındakı maneyəyə vurmuşdur.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər Sabirabad rayonu Ulacalı kənd sakini, 1997-ci il təvəllüdlü Abbasova Gülzar Sarxan qızı və Sabirabad şəhəri A.Abdullayev küçəsi 50 saylı evdə yaşayan, 1946-cı il təvəllüdlü Zərbəliyev Teymur Xanhüseyn oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində ölmüşlər.
Mikroavtobusun sərnişinləri Qəfərli kənd sakini, 1974-cü il təvəllüdlü Quluzadə Bəylər Dədəkişi oğlu, Suqovuşan kənd sakini, 1963-cü il təvəllüdlü Novruzova Zeynab Sadıq qızı və Surra kənd sakini, 1991-ci il təvəllüdlü Ələkbərov Kamran Raiq oğlu vəziyyətləri ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalara göndərilmişlər.
Mikroavtobusun sürücüsü Xələf Baxşıyev, mikroavtobusun digər sərnişinləri Ulacalı kənd sakini, 1968-ci il təvəllüdlü Abbasova Şəhla Məmmədağa qızı, Qasımbəyli kənd sakini, 1986-cı il təvəllüdlü Əhmədov Amil Əliniyaz oğlu, Sabirabad şəhəri H.Aslanov küçəsi 28 saylı evdə yaşayan, 1992-ci il təvəllüdlü Rəhmətova Çimnaz Xanmirzə qızı, Cavad kənd sakini, 1957-ci il təvəllüdlü Ağayev Böyükkişi Böyükağa oğlu, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbə sakinləri 1988-ci il təvəllüdlü Hüseynov Şakir Həsən oğlu və Hüseynov Mahir Həsən oğlu müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirilmişlər.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Keçidlər