Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən Sabirabadlılara hədiyyə

11 may 2012 | 15:00

Heydər Əliyev Fondunun rayona 4 ədəd «İsuzi NP37» markalı avtobus hədiyyə etməsi sabirabadlıların bayram sevincinə sevinc qatdı. Bundan əlavə Fond tərəfindən «Təmiz şəhər» layihəsi çərçivəsində rayona 2 ədəd də müasir ixtisaslaşdırılmış məişət tullantıları daşıyan avtomaşın bağışlanmışdır. Sabirabad-Qaraqaşlı, Sabirabad-Həşimxanlı, Sabirabad-Muradbəyli, Mərkəzi Xəstəxana-Olimpiya Kompleksi marşrutları üzrə əhaliyyə xidmət göstərəcək avtobusların və rayonun təmizliyində istifadə ediləcək avtomaşınların açarlarını sürücülərə təqdim edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bu dəyərli hədiyyələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya sabirabadlılar adından minnətdarlığını bildirdi.

Keçidlər