Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad şəhərinin küçələrində əsaslı təmir işləri aparılır

24 avqust 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni dövrün tələblərinə uyğun həyata keçirdiyi sürətli və davamlı inkişaf strategiyası sosial problemlərin həllində özünü qabarıq surətdə büruzə verir. Respublikamızın bütün bölgələrində olduğu kimi Sabirabad rayonunda da quruculuq, abadlıq işləri sürətlə davam edir.
Son illər rayonumuzda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeylı işlər görülmüşdür. Hazırda şəhərdaxili yollarda əsaslı təmir işləri aparılır. Artıq 20 min kv.metr sahəyə asfalt örtük çəkilmişdir. Şəhərin Babək küçəsində işlər tamamlanmış, hazırda 20 Yanvar və İ.İsgəndərov küçələrində təmir işləri aparılır. Digər küçələrində təmiri nəzərdə tutulmuşdur. 

Keçidlər