Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda pambıqçılığa həsr olunmuş müşavirə keçirilmişdir

22 avqust 2017 | 16:00

Avqustun 22-də Heydər Əliyev Mərkəzində pambıq əkinlərinin mövcud vəziyyəti və yığıma hazırlıqla bağlı müşavirə keçirilmişdir. Tədbirdə inzibatı ərazi dairəsi üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd təsərrüfatına xidmət edən qurumların təmsilçiləri, rayon qərərgahının üzvləri iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Son becərmə işlərindən, yığım hazırlıqdan bəhs edən icra başçısı pambıq yığımının vaxtında və itkisiz aparılmasının və maşınla pambıq yığımına daha çox üstünlük verilməsinin vacibliyini vurğulamış və demişdir ki, bütün qüvvələr yetişdirilmiş pambığın son qozasınadək yığılmasına səfərbər olunmalıdır. Yerlərdəki qurumlar, kənd təsərrüfatına xidmət edən təşkilatlar, şirkətlər öz üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər.
Müşavirədə RİHB-nin inzibatı ərazi dairəsi üzrə nümayəndələri, aidiyyatı qurumların rəhbərləri, şirkət təmsilçıləri məlumat vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov müşavirəyə yekun vurararaq pambığın son becərmə işləri və məhsul yığımı ilə əlaqədar olaraq bir daha aidiyyatı qurumların rəhbərlərinə tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər