Sabirabad rayon İcra Hakimiyyətinin başçısı yeni inşa olunan obyektlərdə işlərin gedişi ilə tanış olmuşdur
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov avqustun 17-də yeni inşa edilən Bayraq muzeyində tikintinin gedişi ilə tanış olmuşdur. Məlumat verilmişdir kİ, burada tikinti-quraşdırma işlərində ən müasir materiallardan istifadə olunur. Tikintidə dəmir - beton və konstruksiya işləri başa çatdırılıb. Zəruri infrastrukturlar yaradılır. Milli memarlıq üslubunda tikilən muzeyin sahəsi 1072,5 kv.metr, ərazisi 1,5 hektar olacaqdır. Muzeyin ətrafında parkın salınması işlərinə də başlanılıb.
İcra başçısı həmin gün 205 çarpayılıq yeni xəstəxana binasının tikintisində olaraq ərazidə görüləcək işlərlə əlaqədar müvafiq tapşırıqlar vermişdir.
Nazim İsmayılov rayonun Nizami kəndində yerli investor tərəfindən tikilən Quşçuluq fabrikində də işlərin gedişi ilə tanış olmuşdur. Sahəsi 29376,0 kv.metr, ərazisi 4,75 hektardır. Mütəxəsislər məlumat vermişlər ki, fabrikdə xaricidən gətirilən ən müasir avadanlıqlar quraşdırılır, bütün işlər avtomatlaşdırılır. Müəssisə işə salındıqdan sonra ildə 130 milyon yumurta, 2000 ton quş əti istehsalı nəzərdə tutulur. Burada 300 nəfər daimi işlə təmin olunacaqdır.