Sabirabad rayon İcra Hakimiyyətində əhalinin su ilə təminatındakı vəziyyət müzakirə olunmuşdur
15 avqust 2017-ci tarixdə Sabirabad rayon İcra Hakimiyyətinin inzibati binasında icra başçısı Nazim İsmayılov və Azərbaycan Respublikası Meliorosiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin iştirakı ilə rayonun Sarxanbəyli və Moranlı kəndlərinin bir qrup sakinini qəbul etmişlər. Qəbulda həmin kəndlərdə əkinlərin və əhalinin su ilə təminatındakı vəziyyət müzakirə olunmuşdur. Vətəndaşların təklifləri dinlənilmiş və bu sahədə qaldırdıqları problemlərin həllinə yönəldilən tədbirlər müəyyənləşdirilmişdir.
Qeyd olunmuşdur ki, həmin kəndlərin su problemini həll etmək məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən 2015-ci ildə “H” kanalının tikintisinə başlanılmış və birinci mərhələ başa çatdırılmışdır.Həmin işlərin davam etdirilməsi ilə əlaqədar aidiyyatı orqanlar qarşısında məsələ qaldırıldığı kənd sakinlərinin diqqətinə çatdırılmış və problemin 2018-ci il ərzində həll olunmasının nəzərdə tutulduğu bildirilmişdir.
Vətəndaşlar səmimi qəbula və aparılan müzakirəyə görə öz razılıqlarını bildirmişlər.