Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda əsl bayram sevinci Bərəkətli Muğan torpağının hər qarışında 89 yaşlı müdrik və əbədiyaşar Heydər Əliyevin nəfəsi və hərarəti duyulurdu

11 may 2012 | 15:00

Sabirabadlılar həmişə xatirəsini ehtiramla yad etdikləri, adını uca tutduqları Ulu öndər Heydər Əliyevin növbəti doğum gününü-anadan olmasının 89-cu il dönümünü yüksək coşqu və həvəslə qeyd etdilər. Ümummilli liderin abidəsi önünə tər gül dəstələri qoyulduqdan sonra Heydər Əliyev mərkəzində tədbir keçirildi. Dahi rəhbərin mənalı həyat yolu, möhtəşəm fəaliyyəti barədə məruzə edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etdi ki, 1923-cü ildə Naxçıvan diyarında dünyaya göz açan Heydər Əliyev bütün həyatını doğma Azərbaycanının tərəqqisi və inkişafına həsr etmişdir. Onun ölkəyə rəhbərliyinin hər iki dönəmi də, qətiyyətlə demək olar ki, respublikamızı gerilikdən, səfalətdən xilas etmiş, işıqlı və rahat bir yola çıxartmışdır. Ulu öndərin SSRİ adlı bir imperiyanın tərkibində olan Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-82-ci illəri yaxın keçmişimizin «qızıl dövrü» adlandıran icra başçısı vurğuladı ki, Heydər Əliyevin həmin dövrdəki fəaliyyəti eyni zamanda müstəqilliyimizin də təməlini qoymuşdur. Ulu öndər əvəzsiz bir xəzinə, alternativi olmayan bir şəxsiyyətdir və onun ideyalarını dövlət başçısı İlham Əliyev ləyaqətlə həyata keçirir. Bunu xalqımızın taleyinə düşən «xoşbəxtlik payı» sayan N.İsmayılov bildirdi ki, ulu öndər həmişə Sabirabada ehtiram göstərmişdir. Onun 15 dəfə bu rayonda olması məhz bu ehtiramın göstəricisidir və sabirabadlılar bu səfərləri həmişə ən xoş duyğularla xatırlayırlar.
Sonra «Böyük ömrün anları» sənədli filmi nümayiş etdirildi.
Mayın 10-da Sabirabada əsl bayram ab-havası hakim kəsilmişdi. Bərəkətli Muğan torpağının hər qarışında 89 yaşlı müdrik və əbədiyaşar Heydər Əliyevin nəfəsi və hərarəti duyulurdu.
 

Keçidlər