Sabirabad rayon icra hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir.
Sabirabad rayon icra hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir. Rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairələri üzrə icra nümayəndələrinin, yerli özünüidarəetmə orqanlarının və digər qurumların məsul şəxslərinin iştirakı ilə keçirilən şura iclasında “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət sirri hesab olunan, eyni zamanda hərbi sahəyə aid olan məlumatların yayılmaması barədə” məsələ geniş müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.
Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun sədrliyi ilə keçən iclasda dövlət qurumlarını təmsil edən vəzifəli şəxslərə dövlət sirri olan, eyni zamanda hərbi sahədə ölkəmizin milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet resuslarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının yolverilməzliyi və qanunla qadağan olunması onların diqqətinə çatdırılmışdır. Mövcud qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslərin və vətəndaşların inzibati və ya cinayət məsuliyyəti daşımaları barədə ciddi xəbərdarlıq edilməklə onların diqqəti gələcəkdə belə halların baş verməməsi üçün təbliğat-izahat işlərinin gücləndirilməsinin vacibliyinə yönəldilmişdir.