Şriftin ölçüsü :

Saytın rəngi :

Qax rayonunda keçirilmiş ümumrespublika müşavirəsində qarşıya qoyulan vəzifələr müzakirə edilmişdir.

10 avqust 2017 | 16:00

Avqustun 10-da rayon İcra Hakimiyyətinin iclas zalında Qaxda Prezident cənab İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrə həsr edilmiş toplantı keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bildirmişdir ki, avqustun 4-də Qax şəhərində keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı qarşıya mühüm vəzifələr qoymuşdur. Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, Azərbaycan xalqı əsrlər boyu bu sahələrdə çalışırdı və yaxşı nəticələr əldə edirdi. Statistikaya baxdıqda görürük ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980 –cı illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilmişdir. O vaxt bu sahələrdə görülən işlər deməyə əsas verir ki, biz bu gün bu sahələri uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərüffatının pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirmişdir ki, görülən işlərə yekun vurmaq, eyni zamanda gələcək fəaliyyət üçün konkret tədbirlər planı hazırlamaq nəzərdə tutulmuşdur. Sözügedən ənənəvi sahələrin Azərbaycanda daha geniş inkişafı üçün müvafiq dövlət proqramlarının qəbul edilməsi də əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Möhtərəm Prezidentimiz vurğulamışdır ki, ərzaq təhlükəsizliyi prioritet məsələlərdəndir və bu sahədə əldə edilən nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə isə daha böyük nəticələr gözlənilir.
Müşavirədə qarşıya qoyulmuş vəzifələr bizim hər birimizdən daha məsuliyyətlə çalışmağı tələb edir. Vaxtilə baramaçılıq Sabirabadda yüksək inkişaf yolu keçmişdir. 30 tondan çox barama istehsal olunmuşdur. Sonralar baramaçılıq unudulmuş, bu sahə tənəzzülə uğramışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kənd təsərüffatının inkişaf etdirilməsi sahəsində gördüyü işlər baramaçılığın inkişafına da müsbət təsirini göstərmişdir. Bunun sayəsində ötən il 3 ton, bu il isə 5 tondan artıq barama tədarük edilmişdir. Gələn il rayonumuzda barama istehsalı 21 tona çatdırılmalıdır. Bunun üçün geniş imkanlar vardır. Aqrar sahənin digər sahələri ilə yanaşı, baramaçılığın da inkişaf etdirilməsi kənd təsərrüfatında çalışanların məşğulluğunun təmin olunması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması deməkdir. Bunun üçün mövcud tut tingləri aqrotexniki qaydada becərilməli, yeni tut bağları salınmalıdır. Barama tədarükü ilə əlaqədar digər məsələlər də öz həllini tapmalıdır.
Rayon İcra Hakimiyyətinin başçısı baramaçılığın inkişafı ilə bağlı tapşırıq və tövsiyyələrini vermişdir.
Tədbirdə rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Heydar Yaqubov, RİHB-nin bəzi kənd inzibati ərazi dairələri üzrə nümayəndələr çıxış etmişlər.
Yekunda Nazim İsmayılov pambıqçılqla bağlı rayonda görülmüş işlərdən, mövcud vəziyyətdən ətraflı danışmış, bildirmişdir ki, pambığın becərilməsi sürətləndirilməli, aqrotexniki qaydalara ciddi əməl edilməlidir. Bütün işlər vaxtında və keyfiyyətlə görülməlidir ki, yüksək məhsul istehsalına nail olunsun.

Keçidlər