Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Azərbaycan polisinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir

01 iyul 2017 | 16:00

İyulun 1-də rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan polisinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Namiq Camalov tədbiri giriş sözü ilə açaraq Azərbaycan polisinin yaranmasının 99-cu ildönümü münasibətilə ürək sözlərini, təbriklərini çatdırmışdır. Sonra o, Azərbaycan Respublikası daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrik teleqramını oxumuşdur.
Rayon məhkəməsinin sədri Malik Qarayev yığıncaqda çıxış edərək polis işçilərini bayram münasibətilə təbrik etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək vurğulamışdır ki, Azərbaycan xalq Cümhuriyyəti qurulduqdan sonra ilk yaranan qurumlardan biri də Daxili İşlər Nazirliyi olmuşdur. 1918-ci il iyulun 2-də Daxili İşlər Nazirliyinin yaradılması haqqında qərar qəbul edilmişdir.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Sərəncamı ilə hər il iyulun 2-si Polis günü kimi qeyd olunur.
Rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinin inkişafında əvəzsiz xidmətlərindən danışaraq bildirmişdir ki, hazırda bu ənənə ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nazim İsmayılov vurğulamışdır ki, hazırda Azərbaycan polisi özünün inkişaf və yeniləşmə mərhələsini yaşıyır. Rayonda ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılması üçün polis işçiləri səy və bacarıqlarını əsirgəmir, vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər.
Rayon rəhbəri bayram münasibətilə təbrikini çatdırmış, bir qrup polis işçisini Fəxri Fərmanla təltif etmişdir. Tədbirdə həmçinin Daxili İşlər Nazirliyi və rayon Polis şöbəsi tərəfindən bir qrup polis işçisinə mükafatlar təqdim olunmuşdur.

Keçidlər