Dövlət qulluqçularının peşə bayramı qeyd olunmuşdur
İyunun 22-də rayon İcra Hakimiyyətinin akt zalında «Dövlət qulluqçularının peşə bayramı» gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, dövlət qulluqçuları iştirak etmişlər.
Tədbir iştirakşıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, önünə gül-çiçək düzmüşlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı cənab Nazim İsmayılov açaraq «Dövlət qulluqçularının peşə bayramı» günü münasibətilə iştirakçıları təbrik etmiş, onlara işlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik və səadət arzulamışdır.
O qeyd etmişdir ki, bu gün ölkəmizdə keçirilən islahatların səmərəliliyini artırmaq məqsədilə dövlət qulluqçularının qarşısında mühüm vəzifələr qoyulmuşdur. Dövlət qulluqçuları işlədikləri idarələrdə sosial-iqtisadi inkişafın təmin edilməsində, vətəndaşların hüquq və vəzifələrinin qorunmasında, əhalinin sosial-məişət problemlərinin həll edilməsində əhəmiyyətli rol oynayırlar. Bu sahədə onların üzərinə böyük məsuliyyət düşür. Rayonun dövlət qulluqçuları dövlətçiliyin daha da möhkəmləndirilməsi, rayonun sosial-iqtisadi inkişafı sahəsində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da öz bilik və bacarıqlarını sərf edəcəklər.
Sevindirici haldır ki, hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslər təltif edilir. Rayonumuzdan da təltif olunanların sayı getdikcə artır. Ölkə Prezidentinin 21 iyun 2017-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Mirzağa Adil oğlu Hümbətov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Eyni zamanda İlqar Seyfi oölu Mirzəxanov səmərəli fəaliyyətinə görə İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülmüşdür.
O təltif olunanları təbrik etmiş, onlara can sağlığı, işlərində daha böyük uğurlar arzulamışdır.
Mirzağa Hümbətov və İlqar Mirzəxanov çıxış edərək göstərilən diqqət və qayğıya, etimada görə minnətdarlıqlarını bildirmiş, bundan sonra daha əzmlə çalışacaqlarına söz vermişlər.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİH başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənov, RİHB-nin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Şahnaz Babayeva, RİHB aparatının ərazi idarə etmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Əsgərov, aparatın məsul işçisi Elçin Ağaşirinov, YAP rayon rayon təşkilatının sədri Məleykə Ağayeva, Sabirabad rayonu üzrə Maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin müdiri Əliqəmə Quliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək bayram təbriklərini söyləmiş, xoş arzularını bildirmişlər.
Sonda ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik teleqramı ünvanlanmışdır.