Şriftin ölçüsü :

Saytın rəngi :

İslam həmrəyliyi təbliğ edilir

12 iyun 2017 | 16:00

İyunun 12-də Sabirabad şəhərinin Heydər Əliyev Mərkəzində «İslam həmrəyliyinin təbliğində dini icmaların perspektivləri» mövzusunda seminar-müşavirə keçirilmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açmışdır. O vurğulamışdır ki, müasir dövrdə islam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı vardır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı tədbirdə geniş məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında «İslam Həmrəyliyi İli» elan edilməsi haqqında Sərəncamı ciddi əhəmiyyətə malikdir. Çağdaş dünyamız olduqca gərgin günlərini yaşamaqdadır. Lakin qlobal siyasi və hərbi kataklizmlərə baxmayaraq ölkəmizdə sabitlik hökm sürür. Səyyad Salahlı eyni zamanda dini icma sədrlərini islam həmrəyliyinin təbliğində fəal rol oynamağa çağırmışdır.

 

Keçidlər