Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunun Qaralı kəndində tibb məntəqəsi açılmışdır

07 iyun 2017 | 16:00

İyunun 7-də Sabirabad rayonunun Qaralı kəndində yeni tibb məntəqəsinin tikintisinin başa çatması münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ABŞ səfirinin həyat yoldaşı Anna Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), Azərbaycanın İqtisadiyyat və Səhiyyə nazirliklərinin, yerli icra hakimiyyəti və bələdiyyənin nümayəndələri iştirak etmişlər.
Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilmiş  və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunmuşdur.
Xanım Anna Sekuta çıxışında Amerika Birləşmiş Ştatlarının Azərbaycan xalqına dəstək göstərməyə həmişə hazır olduğunu qeyd etmiş, bu layihənin ABŞ-Azərbaycan dostluğunun təzahürü olduğunu  qeyd etmişdir.
Yeni tibb məntəqəsi müayinə otağından və bir gözləmə dəhlizindən ibarət  olmaqla Qaralı və qonşu kəndlərdən 3 000-ə yaxın sakinə gündəlik tibbi xidmət göstərəcəkdir.

 

Keçidlər