Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının VIII konfransı keçirilmişdir

25 may 2017 | 16:00

Mayın 25-də Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının VIII konfransı keçirilmişdir. Tədbir iştirakçıları tərəfindən rayonun mərkəzi meydanında  Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyulmuşdur. Konfransda YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev hesabat dövründə görülən işlər barədə məlumat verərək bildirmişdir ki, 1993-cü il yanvarın 16-da  ilk təsis konfransını keçirən YAP Sabirabad rayon təşkilatı bu gün 91 ərazi üzrə ilk partiya təşkilatında 8036 nəfər partiyanın üzvünü birləşdirir.  Bu gün YAP rayon təşkilatının üzvlərindən 2630 nəfəri, yəni 33 faizi qadınlar, 2647 nəfəri, yəni 33 faizi gənclər təşkil edir. Ötən müddət ərzində YAP Sabirabad rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələri daha ləyaqətlə həyata keçirməkdədir.
Konfrasda rayon təşkilatı nəzarət təftiş qrupunun sədri Cavid Cavadov, partiya veteranı Salamulla Abdullayev, “Asan xidmət” mərkəzinin əməkdaşı Lalə Musayeva, YAP Sabirabad rayon təşkilatının Qadınlar Şürasının sədr müavini Tamella Niftəliyeva, Sabirabad Ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov, şair Ərzuman Babaşov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.                                                                                                      
Konfransda YAP Siyasi Şurasının  üzvü, “İki sahil” qəzetinin  baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin üzvü Rüstəm Xəlilov ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan, əldə edilmiş böyük nailiyyətlərdən ətraflı bəhs etmişlər.
YAP Siyasi Şurasının üzvü, Sabirabad rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov konfransda çıxış edərək YAP-ın yaranma tarixndən, partiyanın əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs etmiş, rayon təşkilatının fəaliyyətində uğurlarla yanaşı nöqsanların  da olduğunu qeyd etmişdir.
Milli Məclisin üzvü Elçin Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev konfransda iştirak etmişlər.
Konfransda təşkilati məsələlərə baxılmışdır. YAP Sabirabad rayon təşkilatı sədrinin müavini Məleykə Ağayeva təşkilatın sədri, eləcə də yeni tərkibdə  Şura və İdarə Heyəti, həmçinin nəzarət-təftiş qrupu seçilmişdir.

Keçidlər