Şriftin ölçüsü :

Saytın rəngi :

«Heydər Əliyev və İslam həmrəyliyi ideyası» mövzusunda Sabirabad şəhəri Heydər Əliyev mərkəzində tədbir keçirilmişdir

03 may 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Sabirabad rayonu İcra Hakimiyyəti və AMİA-nın Fəlsəfə İnstitutu ilə birgə keçirtdikləri tədbir dinləyicilər trəfindən maraqla qarşılanmışdır. Tədbiri açan Sabirabad rayonu İcra Hakimiyətinin başçısı Nazim İsmayılov Heydər Əliyev və İslam həmrəyliyi ideyası mövzusunun hazırkı şəraitdə çox aktual olduğunu bildirərək, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən «İslam həmrəyliyi» ili elan edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmiş və xüsusən bu yaxınlarda başlayacaq IV İslam Həmrəyliyi oyunları qabağı bu tədbirin diqqəti cəlb etdiyini vurğulamışdır. Nazim İsmayılov bildirmişdir ki, Prezident İlham Əliyevin İslam həmrəyliyi ili ilə bağlı olan Sərəncamı və həyata keçirilən tədbirlər İslam həmrəyliyini möhkəmləndirməyə xidmət edəcək, Yaxın Şərqdə və digər bölgələrdə əmin-amanlığın və sülhün təmin olunmasında mühüm rol oynayacaqdır.
Bundan sonra əsas məruzəçi kimi çıxış edən AMİA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov Heydər Əliyev və İslam həmrəyliyi ideyasını fəlsəfi cəhətdən şərh edərək bu sahədə Ulu Öndərin uzaqgörənliyini qeyd etmiş və İslam həmrəyliyi ideyasının bir fəlsəfi anlayış kimi şəhr etmişdir.
Məruzə zamanı Sakit Hüseynov ölkə daxilində müxtəlif dinlərə mənsub insanların həmrəyliyə nail olması, təriqətlər arası ayrıseçkiliyə son qoyulması, etnik və dini dözümlülüyün bərqərar edilməsini həmrəylin başlanğıcı kimi əsaslandırmışdır. S.Hüseynov Heydər Əliyevin müstəqillik dövründə islam ölkə başçıları ilə yaratdığı əməkdaşlıq münasibətlərini şəhr etmişdir. O 1994-cü ilin 13 dekabrında İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökümət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən Zirvə toplantısında Heydər Əliyevin çıxışını geniş təhlil etmişdir.
Sabirabad rayon Ziyalılar cəmiyətinin sədri Böyükağa Həmidov məruzədə səslənən maraqlı fikirlərə öz münasibətini bildirmişdir. Tədbirin sonunda rayon İcra Hakimiyətinin başçısı Nazim İsmayılov maraqlı çıxışa görə məruzəçiyə, Azərbaycan Prezidenti yanında Bilik Fonduna öz minnətdarlığını bildirmişdir. Tədbirin sonunda Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə hazırlanmış «Azərbaycan dini toreloranlığın örnəyidir» mövzusunda film nümayiş etdirilmişdir.

Keçidlər