Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon Mədəniyyət Mərkəzində 1 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri "Qəribə oğlan" pyesini səhnələşdiriblər

02 may 2017 | 16:00

02 may 2017 ci il tarixdə Sabirabad rayon Mədəniyyət Mərkəzində 1 saylı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası görkəmli yazıçı İlyas Əfəndiyevin "Qəribə oğlan" pyesini səhnələşdiriblər.
“ASAN xidmət” mərkəzinin könüllüsü Rüfət Quliyevin rejissorluğu ilə hazırlanan tamaşada 11 könüllü rol alıb.
Səhnə əsərində rolları Sona Allahverdiyeva, Orxan Gülməmmədli, Samir Qayıblı, Məhəmməd Sadıqov, Kamran Əliyev və başqaları canlandırıblar.
Qeyd edək ki, tamaşa “Mədəniyyət carçısı” layihəsi çərçivəsində təqdim edilib. Layihə çərçivəsində bu günə qədər “Yeddi məhbusə”, “Qisas qiyamətə qalmaz” “Dan yeri söküləndə” və başqa tamaşalar oynanılıb.

Keçidlər