Müqəddəs Pasxa bayramı qeyd edilmişdir
Pravoslavların müqəddəs bayramlarından biri də Pasxadır. Onlar hər il bu bayramı yüksək səviyyədə qeyd edirlər. Rayonumuzda yaşayan rus icmasının üzvləri də öz tarixi bayramlarını həmişə böyük təntənə ilə qarşılayırlar.
Aprelin 15-də Pasxa bayramı ərəfəsində rayon İcra Hakimiyyətinin akt zalında rayonumuzdakı rus icmasının üzvləri ilə görüş keçirilmişdir. Tədbirə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının təmsilçiləri, rus icmasının üzvləri dəvət edilmişdilər.
Görüşü giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq Pasxa bayramı münasibətilə pravoslavların xristian icmasını rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun və öz adından təbrik etmiş, onlara səmimi arzularını bildirmişdir. Qeyd etmişdir ki, ölkəmizdə bütün millətlər, o cümlədən ruslar mehriban yaşayılarlar. Rayonumuzda yaşayan ruslar yerli əhali ilə qaynayıb-qarışmış, səmimi münasibətlər qurmuşlar. Əminik ki, bu cür münasibətlər bundan sonra da davam edəcəkdir.
Görüşdə rayonumuzdakı rus icmasının sədri Aleksandr Qluxov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkəmizin, eləcə də rayonumuzun inkişafına göstərdiyi diqqətə görə minnətdarlığını bildirmişdir. O, həmçinin rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova onlara göstərilən qayğıya görə razılığını bildirmişdir.
Rus icmasının üzvlərinə maddi yardım göstərilmişdir.