Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda pambıqçılığa həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir

05 aprel 2017 | 16:00

Aprelin 5-də rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlı rayonunda keçirilmiş pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsində qarşida duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirəsi  keçirilmişdir.
Müşavirəyə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şirkət təmsilçiləri, xidmət qurumlarının rəhbərləri, fermerlər dəvət edilmişdilər.
Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul nümayəndəsi İbrahim Mustafayev iştirak etmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin Saatlıda keçirilmiş respublika müşavirəsindəki dərin məzmunlu nitqi proqram sənəddir. Möhtərəm Prezidentimizin qarşıya qoyduğu tapşırıqları yerinə yetirmək üçün hər kəs öz töhfəsini verməlidir. Ölkə başçısının tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı ölkənin pambıqçılıq sahəsinin potensialından maksimum şəkildə səmərəli istifadə olunması hesabına bir tərəfdən kənd yerlərində əhalinin məşğulluğunun və gəlir əldə etmək imkanlarının təmin olunmasını, digər tərəfdən isə ölkənin ixrac potensialının gücləndirilməsini başlıca vəzifə kimi müəyyən etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı eyni zamanda rayonumuzun kənd təsərrüfatı istehsalı, o cümlədən pambıq istehsalı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd etmiş, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər və problemlər barədə məlumat vermişdir. Ötən il 6 min hektar sahədə pambıq istehsal edilmişdir. Bu il isə 15 min hektar sahəyə pambıq əkiləcəkdir. Əkini vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün maksimum səy göstərilməlidir. Çiyid səpininin optimal müddətdə başa çatdırılması təmin edilməlidir.
Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Heydar Yaqubov rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.
Müşavirədə şirkət təmsilçiləri, xidmət qurumlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər fikir və mülahizələrini bildirmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul nümayəndəsi İbrahim Mustafayev tədbirdə çıxış edərək qarşıda duran vəzifələrdən danışmışdır.

Keçidlər