Şriftin ölçüsü :

Saytın rəngi :

Məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var

30 mart 2017 | 16:00

Martın 30-da rayon Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair rayon müşavirəsi keçirilmişdir.
Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qeyd etmişdir ki,  martın 28-də Saatlıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Dövlət başçımız respublika müşavirəsində proqram xarakterli nitqində qarşımıza mühüm və təxirəsalınmaz vəzifələr qoymuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirmişdir ki, pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda sosial məsələdir. Bu, məşğulluğun təmin edilməsi, işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılmasına təminat verir. Pambığın insanların sosial həyatında nə qədər böyük rol oynadığı hər kəsə məlumdur. Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə bu sahə yüksək sürətlə inkişaf etdirilmişdir. Sabirabad respublika üzrə pambıq istehsalına görə Bərdədən sonra ən yüksək göstərici əldə edən ikinci rayon olmuşdur. Pambığın əvvəlki şöhrətini qaytarmaq üçün maksimum səy göstərilməlidir. Keçən il 6 min hektardan çox sahədə məhsul yetişdirilmişdir. Bu il isə 15 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur.
Müşavirədə rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Heydar Yaqubov çıxış edərək görülmüş və görüləcək işlərdən danışmışdır.
Rayon rəhbəri pambıq əkininin optimal müddətdə  keçirilməsi üçün tapşırıq və tövsiyələrini vermişdir. Aidiyyatı qurumlara pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün   maksimum səy göstərməyi tapşırmışdır.
Cənab Nazim İsmayılov müşavirədə kənd təsərrüfatının digər sahələri, o cümlədən baramaçılığın inkişafı ilə bağlı da tapşırıq və tövsiyələrini vermişdir.
Müşavirədə şirkət, xidmət təşkilatları təmsilçilərinin məlumatları dinlənilmişdir.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov yekun vurmuşdur.

 

Keçidlər