Gənclər maarifləndirilir
Martın 9-da Heydər Əliyev Mərkəzində «Türkiyə Universitetləri Məzunları İctimai Birliyi»nin xətti ilə gənclərin maarifləndirilməsi ilə bağlı tədbir keçirilmişdir. «Azərbaycan islam svilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr» mövzusuna həsr olunmuş tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq qonaqları salamlamış, onlara xoş arzularını bildirmişdir.
Vətənimizin azadlığı, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Dövlət himni oxunmuşdur.
«Türkiyə Universitetləri Məzunları İctimai Birliyi»nin sədri Çingiz Bayramov, birliyin idarə heyətinin üzvü Seymur Verdizadə, təşkilatın üzvü Orxan Vəliyev və mətbuat katibi Səbinə Novruzzadə mövzu ilə bağlı məruzə etmişlər.