Şriftin ölçüsü :

Saytın rəngi :

Miqrasiya ilə bağlı maarifləndirmə tədbiri

09 mart 2017 | 16:00

Martın 9-da Heydər Əliyev Mərkəzində miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açmışdır.
Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Mirsamir Seyidov «Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması», həmin qurumun miqrasiya rejiminə nəzarət və qeydiyyat bölməsinin inspektoru, ikinci dərəcəli miqrasiya xidməti qulluqçusu Fərid Məmmədov «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşamalarının leqallaşması üçün tələb olunan sənədlər» mövzularında məruzələrlə çıxış etmişlər.
Natiqlər bildirmişlər ki, martın 19-da Azərbaycan Respublikasi Dövlət Miqrasiya Xidməti özünün 10 illik yubileyini qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci il martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında müvafiq fərman imzalanmışdır. Ötən dövrdə digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə möhtərəm Prezidentimizin 2009-cu il aprelin 8-də imzaladığı fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilmişdir.
Bu gün əcnəbilərin ölkəmizdə ilk müraciət etdiyi qurumlardan biri məhz Dövlət Miqrasiya Xidmətidir. Ölkədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, eləcə də vətəndaşlıq məsələlərinin həlli ilə məşğul olan Dövlət Miqrasiya Xidməti həm də miqrasiya qanunvericiliyinin  tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, miqrasiya proseslərinin mənfi təsirinin aradan qaldırılmasına və qeyri-qanuni miqrasiyaya qarşı səmərəli mübarizə tədbirlərini həyata keçirir. Dövlət Miqrasiya Xidmətinin əsas qayəsi işdə qanunların aliliyinə ehtiram, Vətənə sədaqət, hər bir insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir.
Tədbirdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin əsas maddələri geniş şəkildə şərh edilmişdir.

Keçidlər