Şriftin ölçüsü :

Saytın rəngi :

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliynin nümayəndələri Sabirabadda

03 mart 2017 | 16:00

Azərbaycan və ABŞ-ın birgə səyi ilə Sabirabad rayonunun Surra kəndinə gedən yolun təmir işləri başa çatmış və bununla əlaqədar kənd sakinlərinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə ABŞ səfirinin həyat yoldaşı xanım Ənn Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak etmişlər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşmiş və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən yerli ÜMİD təşkilatı ilə əməkdaşlıqda icra olunmuşdur.
“Amerika Birləşmiş Ştatları Azərbaycan xalqına dəstək göstərməyə sadiqdir” - deyən xanım Sekuta qeyd edib ki, bu layihə Amerika xalqının Azərbaycan xalqına səmimi münasibətinin təzahürüdür.
Təmir olunmuş 500 metrlik yol 1300-dən çox kənd sakininin həyat şəraitini yaxşılaşdırmaqla yanaşı yeni yol gediş-gəliş vaxtını və xərcini azaldacaq, məktəbə davamiyyəti artıracaq, fövqəladə vəziyyətlərdə yardım göstərmək imkanlarını yaxşılaşdıracaq və rayon mərkəzinə çıxışı asanlaşdıracaq.
Surra kəndindəki açılış mərasimindən sonra xanım Sekuta Sabirabad rayonunun Axısxa kənd uşaq bağçasına baş çəkmiş, uşaqlarla ünsiyyət qurmaqdan məmnun qalmış, habelə onlara tədris materialları və oyuncaqlar hədiyyə etmişdir. Uşaq bağçası Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində USAID və Azərbaycan hökumətinin birgə maliyyəsi ilə tam təmir olunmuş və 2015-ci ilin oktyabr ayında istifadəyə verilmişdir.

Keçidlər