Sabirabadda anım mərasimi
Sabirabad rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdən əvvəl məktəblilərin soyqrıma həsr edilmiş rəsm sərgisinə baxılmışdır.
Rayonda məskunlaşan Xocalıların da qatıldığı tədirin iştirakçıları torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərin, həmçinin Xocalı faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək Xocalı faciəsinin insanlığın tarixinə ən dəhşətli terror aktı, soyqırım kimi daxil olduğunu bildirmiş, bu faciənin iki əsrdən çox bir müddət ərzində erməni cəlladları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi adlandırmışdır.
Xocalı faciəsinə o vaxtkı iqtidar tərəfindən lazımi qiymət verilmədiyini, Xocalı soyqırımına yalnız 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə müzakirəyə çıxarıldığını və bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini deyən natiq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində məqsədyönlü siyasətindən ətraflı danışmışdır. İcra başçısı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi səyi ilə Azərbaycan həqiqətlərinin, Xocalı faciəsi haqqında kitabların, filmlərin, stendlərin dünyanın hər yerində nümayiş etdirildiyini, H.Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə «Xocalıya ədalət» beynəlxalq informasiya və təşviqat kompaniyası apardığını da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
O bu anım tədbirinin Azərbaycan Respublikasının Prtezidenti cənab İlham Əliyevin “Xocalı soyqrımının iyirmi beşinci ildönümü haqqında” sərəncamına uyğun olaraq tərtib edilmiş planda nəzərdə tutulan silsilə tədbirlərin davamı olduğunu qeyd etmişdir.
Sonra Xocalı soyqrımının iyirmi beşinci ildönümü ilə əlaqədar hazırlanmış “Yaddaş” sənədli filimlər studiyasında çəkilmiş “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən, Xocalıda həlak olan qəhrəmanlara həsr olunan film nümayiş olunmuşdur.
Sonda Xocalı ailələrinə humanitar yardım göstərilmişdir.