Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun dəstəyi ilə Sabirabadda xeyriyyə tədbiri

18 mart 2012 | 16:00

Heydər Əliyev Fondunun dəstəyi ilə Novruz bayramı münasibətilə Sabirabad rayonunda şəhid ailələri, Böyük Vətən müharibəsi veteranları, Qarabağ müharibəsi və Çernobl əliləri ilə görüş keçirilmişdir.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonda aparılan böyük quruculuq-abadlıq işlərindən danışmış, imtiyazlı ailələrin daim dövlət qayğısı ilə əhatə olunduqlarını dəlillərlə izah etmiş, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın içtimai-siyasi fəaliyyəti və xeyirxah əməlləri ilə böyük xalq məhəbbəti qazandığından söhbət açmışdır.
Tədbirdə çıxış edən rayon Veteranlar Şurasının sədri Zülfəli Əliyev, Milli Qəhrəman atası İslam Ağayev, şəhid atası Ziyadxan Gözəlov, Çernobl əlili Ədalət Rəhimov və başqaları çıxış edərək onları daim nəzər-diqqətində saxlayan dövlət başçısına və Novruzqabağı bu xeyirxah tədbirin keçirilməsinin təşəbbüskarı olan Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanıma dərin minnətdaprlıqlarını ifadə etmişlər.
Sonda min nəfərə yaxın imtiyazlı ailələyə Heydər Əliyev Fondunun bayram sovqatı verilmişdir.

Keçidlər