Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi Sabirabad rayonunda ehtiramla yad edilib

30 mart 2024 | 12:00

“31 Mart – Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksi”ndə keçirilən anım mərasimində əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətini xüsusi vurğulayıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımıların dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər barədə geniş məlumat verilmişdir.

Keçidlər