Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sabirabad rayonunda bayram tədbiri keçirilib

29 dekabr 2023 | 12:30

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılğı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri təşkil olunub.

Tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək tədbir iştirakçılarını və sakinləri qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən, xalqımızın milli həmrəyliyinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətindən danışıb. Bildirilib ki, Ulu Öndərin uzaqgörən siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz dünya dövlətləri arasında layiqli yer tutub. Dövlətimizin başçısının nadir sərkərdəlik və liderlik məharətinin məntiqi yekunu olaraq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açıb.

Tədbirin bədii hissəsində Sabirabad şəhər Uşaq Musiqi Məktəbinin və Sabirabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi konsert proqramı maraqla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkilib.

Keçidlər