Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul etmişdir

16 dekabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri tərəfindən bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulu keçirilir.
Dekabrın 16-da Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qəbul cədvəlinə uyğun olaraq şəhərimizdəki Heydər Əliyev Mərkəzində Şirvan şəhərindən, Sabirabad, Hacıqabul, İmişli, Saatlı və Füzuli rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov şəhərimizin Mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad etmişlər. Nazir həmçinin Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanış olmuşdur.
Qəbul zamanı yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və sair məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilmişdir.
Sabirabaddan qəbula yazılan vətəndaşların müraciətləri əsasən respublikada fəaliyyət göstərən muzeylər haqqında toplu məcmuənin nəşr olunaraq muzeylərə paylanılması, Respublika Uşaq Kitabxanasının «Uşaq kitab karvanı» layihəsi çərçivəsində rayona səfərinin təşkilinə dəstək verilməsi barədə olmuşdur.
Nazir Əbülfəs Qarayev qəbula gələn bütün vətəndaşları diqqətlə dinləmiş, onların müraciətləri ilə bağlı müvafiq göstərişlər vermişdir.
Qəbuldan sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibə vermişdir.

Keçidlər