Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda qadınlar bayramı qeyd edilmişdir

07 mart 2012 | 16:00

8 Mart-Beynəlxalq qadınlar günü münasibətilə Sabirabad rayonunda «Kür-Araz» şadlıq evində bayram tədbiri keçirilmişdir. Öncə qadınları bayram münasibətilə təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov xüsusi vurğuladı ki, Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində tərəqqi edən və Azərbaycvan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində böyük inkişaf yoluna çıxan ölkəmizin həyatında qadınlar fəal möve tuturlar. İndi qadınlarımızın səsi dünyanın hər yerindən eşidilir. Onların təşkilatlanması və mövcud qadın təşkilalarının birgə fəaliyyəti istiqamətində böyük işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər, mərhəmət və şəfqət prinsipləri əsasında həyata keçirdiyi lahiyələr xalqımızın ürəyincədir və bütün bunlar Azərbaycan qadının qələbəsidir.
İcra başçısı rayonun içtimai-siyasi və mədəni həyatında fəallıqları ilə seçilən bir qrup qadına fəxri fərmanlar və bayram hədiyyələri təqdim etmişdir.
Bayram şənliyi boyu Azərbaycana, Ulu öndər Heydər Əliyevə, Analarımıza, Vətənimizin hüsnünə vəsf edilmiş şerlər və mahnılar səslənmişdir.
Tədbirdə çıxış edən qadınlardan MRX-ın tibb bacısı Larisa İlyaşoviç, Axısxa uşaq baxçasının müdiri Toxtaxan Kamalova, Ulacalı kənd tam orta məktəbinin müəlliməsi Mənsurə İsmayılova, Əsgərbəyli kənd Tibb məntəqəsinin müdiri Tahirə Məlikova və başqaları dövlət qayğısından razılıq etmiş, vətənimizin çiçəklənməsi və övladlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunması naminə mətanətli olacaqlarını, səylərini artıracaqlarını bildirmişlər.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Fondunuen prezidenti Mehriban xanım Əliyevaya təbrik teleqramı qəbul etmişlər.
 

Keçidlər