İstehlakçılar maarifləndirilir.
Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirmişdir.
Konfransı giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq qonaqları və konfrans iştirakçılarını salamlamış, konfransın işinə uğurlar arzulamışdır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) rəisinin müavini Araz Əliyev “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir”, ASİHMDX –nin şöbə müdiri Kamran Umudov “İstehlakçıların hüquqlarının qorunması ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, sektor müdiri Yusif Hüseynov “Alıcı və satıcı arasında müqavilə bağlanan zaman istehlakçılar nələrə diqqət yetirməlidirlər”, “Aran” regional bölməsinin müdiri Əfqan Əliyev “Ərzaq mallarını alarkən nələrə diqqət yetirilməlidir” mövzularında məruzələrlə çıxış etmişlər.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.