Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan tolerantlıq nümunəsi olan ölkədir

12 noyabr 2016 | 16:00

Noyabrın 12-də Heydər Əliyev Mərkəzində «Azərbaycan-tolerantlıq nümunəsi» mövzusunda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının əməkdaşı Elşad Nəsirovun həmin mövzu ilə bağlı məruzəsi dinlənilmişdir. Natiq çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə «Multikulturalizm ili» elan edilmişdir. Svilizasiyaların qovuşduğu məkan olan Azərbaycan əsrlərboyu ayrı-ayrı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanınır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir.
Multikulturalizm və tolerantlığın ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin himayəsi ilə respublikamızda dini-etnik dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə başqa dinlərə hörmətlə yanaşılır. Bu prosesə mühüm töhfələr verilir.
Tədbirdə rayonun axundu Hacı Məhəmməd,  Qardaşxan Hacıyev, Mirsahib Hadıyev, Rüfət Əfəndi, M. Müşfiq adına şəhər tam orta məktəbinin müəllimi Solmaz Zeynalova və başqaları  çıxış edərək tolerantlığın Azərbaycanın rəsmi dövlət siyasəti olduğunu və bunu həm Azərbaycan xalqının, həm də dövlətinin çox böyük uğurlarından biri kimi diqqətə çatdırmışlar.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.

Keçidlər