Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirmə tədbiri

12 noyabr 2016 | 16:00

Noyabrın 12-də YAP Sabirabad rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»na uyğun olaraq, Hökumət- Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının fəaliyyətinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev  mövzu ilə bağlı məruzə etmişdir.
Tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.
YAP rayon təşkilatının sədri, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev tədbirdə iştirak və çıxış etmişdir.

Keçidlər