Şriftin ölçüsü :

Saytın rəngi :

«Təmiz Kür» adlı təmizlik kompaniyasına başlanmışdır.

10 sentyabr 2016 | 16:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və dünya şöhrətli «Blue Mamime Foundation» təşkilatı tərəfindən içməli su mənbəyi olan və suvarma əhəmiyyətli Kür çayının sahil ərazilərində «Təmiz Kür» adlı təmizlik kompaniyasına başlanmışdır. Rayonun Məmişlər kəndində keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, İDEA İctimai Birliyinin könüllüləri, rayon ictimaiyyətinin və QHT nümayəndələri, yerli gənclərdən ibarət könüllülər iştirak etmişlər. Kompaniyanın əsas məqsədi Kür çayı sahillərinin tullantılarla çirklənməsinin qarşısının alınması, bu ərazilərdə təmizliyə riayət olunması, bu sahədə ictimaiyyətin maarifləndirilməsidir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının I müavini Həsən Həsənov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbliğat şöbəsinin müdiri İsa Əliyev çıxış etmişlər.

Keçidlər