Milli Mətbuat Günü qeyd edilmişdir
İyulun 22-də Milli Mətbuat Günü münasibətilə rayon İcra Hakimiyyəti başçısı aparatında tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi və «Suqovuşan» qəzeti redaksiyasının əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq Azərbaycan Jurnalistikası Günü münasibətilə «Suqovuşan» qəzetinin kollektivini təbrik etmiş, xoş arzularını çatdırmışdır. Rayon rəhbəri həmçinin qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev mətbuata, jurnalistlərə daim qayğı və diqqət göstərmişdir. Bu ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Jurnalistlərin mənzil şəraiti yaxşılaşdırılır. Onların sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün stimullaşdırıcı tədbirlər görülür.
Nazim İsmayılov qəzeti daha da oxunaqlı etmək üçün «Suqovuşan»ın kollektivinə tapşırıq və tövsiyələrini vermişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov jurnalistləri təbrik etmişdir.
«Suqovuşan» qəzetinin baş redaktoru Namizəd Əliyev çıxış edərək bildirmişdir ki, bundan sonra da üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, qəzetdə maraqlı, dolğun yazılarla çıxış edəcəyik.
Səmərəli fəaliyyətlərinə görə qəzetin əməkdaşları Elçin Nəsibov və Sənubər Qarayeva rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.