Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr günün tələbləri səviyyəsində fəaliyyət göstərməlidirlər

15 iyul 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, rayon İcra Hakimiyyəti başçısı aparatının, «Ahıl ziyalılara qayğı» İctimai Birliyinin birgə təşkilatçılığı ilə iyulun 15-də Heydər Əliyev Mərkəzində «Bələdiyyə qulluğuna qəbulda problemlərin və ictimai müzakirələrin təşkili, şəffaflığın  təmin edilməsi» mövzusunda seminar keçirilmişdir.
Seminarda «Ahıl ziyalılara qayğı» İctimai Birliyinin sədri Nəsrulla Nurullayev və hüquqşünas Azər Rəsulov həmin mövzu ilə bağlı məruzələrlə çıxış etmişlər.
Seminarda iştirak edən bələdiyyə sədrləri və üzvləri bir sıra təkliflər vermişlər. Qeyd edilmişdir ki, bələdiyyələrin günün tələbləri səviyyəsində fəaliyyət göstərmələri üçün onların çevik işlək mexanizmi olmalı, maliyyə problemləri aradan qaldırılmalıdır.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov seminarda iştirak və çıxış etmişdir.

Keçidlər