Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümü «N» saylı hərbi hissədə qeyd edilmişdir.
Qaratəpə kəndində «N» saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümü qeyd edilmişdir. Bayram tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açmışdır. O qeyd etmişdir ki, Azərbaycan ordusunun formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ordu quruculuğu sahəsində müsbət işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ordusu gündən-günə güclənir. Hazırda Azərbaycanın yüksək döyüş qabiliyyətinə malik güclü ordusu vardır. 1998-ci il mayın 22-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il iyulun 26-sı Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi Rəsul Babayev, Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, AVMVB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov əsgərlərə öz təbriklərini çatdırmışlar.
Tədbirdə Sabirabad idmançılarının və rayon Mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin tamaşaçılar qarşısında çıxışları böyük maraq doğurmuşdur.