Şriftin ölçüsü :

Saytın rəngi :

«Dövlət Qulluqçularının Peşə Bayramı» günü qeyd edilmişdir

23 iyun 2016 | 16:00

İyunun 23-də rayon İcra Hakimiyyəti başçısı aparatının iclas zalında Dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, dövlət qulluqçuları iştirak etmişlər.
Tədbir iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik, səadət arzulamışdır.
Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü «Dövlət Qulluqçularının Peşə Bayramı» günü kimi qeyd edilir. Ölkəmizdə dövlət qulluqçularının qarşısında mühüm vəzifələr qoyulmuşdur. Dövlət qulluqçularının hər biri işlədikləri sahədə sosial-iqtisadi inkişafın təmin edilməsində, vətəndaşların hüquq və vəzifələrinin qorunmasında, əhalinin sosial-məişət problemlərinin həllində əhəmiyyətli rol oynayır, onların üzərinə böyük məsuliyyət düşür. Nazim İsmayılov həmçinin bildirmişdir ki, hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslər təltif edilir. Rayonumuzdan da təltif olunanların sayı getdikcə artır. Ölkə Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə RİHB-nin Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İdris Əliş oğlu Xəlilov «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bu münasibətlə onu ürəkdən təbrik edir, cansağlığı, işlərində daha böyük uğurlar arzulayıram.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov,   RİHB aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Əsgərov,  rayon üzrə Maliyyə İdarəsinin rəisi Hüseynağa Gülüşov,  DSMF rayon şöbəsinin müdiri Əliqəmə Quliyev, YAP rayon təşkilatının sədri, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək dövlətçiliyin daha da möhkəmləndirilməsi, rayonun sosial-iqtisadi inkişafı sahəsində üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da öz bilik və bacarıqlarını sərf edəcəklərini bildirmişlər.
Peşə bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlanmışdır.

Keçidlər