Şriftin ölçüsü :

Saytın rəngi :

Dini radikallığa və ekstremizmə qarşı mübarizə gücləndirilməlidir

17 iyun 2016 | 16:00

İyunun 17-də YAP rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, rayon İcra Hakimiyyəti başçısı aparatının və «Bizim Nəsil» Gənclərin Regional İnkişaf Assosiasiyası  İctimai Birliyinin  təşkilatçılığı ilə «Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları»nın müzakirəsi ilə bağlı konfrans keçirilmişdir.
«Bizim Nəsil» Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyevin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyevin adı çəkilən mövzu ilə bağlı məruzələri dinlənilmişdir.
Tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.
Tədbir iştirakçıları sonda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş «Fitnə» sənədli filminə baxmışlar.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov yığıncaqda iştirak və çıxış etmişdir.

Keçidlər