Sabirabadda «15 iyun- Qurtuluş günü» münasibətilə ümumrayon tədbiri keçirilmişdir
13 iyun 2016-cı il tarixdə Sabirabad şəhərinin Mədəniyyət Mərkəzində «15 iyun- Qurtuluş günü»nə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Tədbirə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, YAP rayon təşkilatının fəalları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur. Rayonun Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbir açıq elan edilmiş, Dövlət Himni səslənmişdir. Yığıncaq iştirakçıları qarşısında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çııxış etmişdir. O qeyd etmişdir ki, xalqımız hər il 15 iyunu Milli Qurtuluş Günü kimi qeyd edir. 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndərimiz Heydər Əliyev ölkəmizi parçalanaraq məhv olmaq, canından əziz bildiyi doğma Azərbaycanı dünya xəritəsindən silinərək yox olmaq təhlükəsindən xilas etməklə öz tarixi missiyasını yerinə yetirmiş, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarına çevrilmişdir. Ulu öndərimiz özünün siyasi fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış etmiş, bu amal uğrunda əlindən gələni əsirgəməmişdir. Xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun Azərbaycanın ölüm -dirim mübarizəsindən qalib çıxmaq, fiziki məhvdən qurtulmaq və böyük inkişafa qədəm qoymaq günüdür. Bu qurtuluşu xalqımıza bəxş edən insan isə böyük xilaskarımız, dahi azərbaycanlı Heydər Əliyevdir. Bugünkü qüdrətli, böyük inkişaf yolu ilə inamla irəliləyən Azərbaycana görə hamımız ulu öndərimiz Heydər Əliyevə minnətdarıq. Onun Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bizi yeni qələbələrə aparır.
Daha sonra «Gənc heydərçilər» musiqi sədaları altında zala daxil olmuş, ulu öndər haqqında şeir söyləmişlər.
Tədbirin bədii hissəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının kollektivi tərəfindən ümummilli lider Heydər Əliyevə həsr olunmuş «Qurtuluş» adlı bir hissəli tarixi dram tamaşası nümayiş etdirilmişdir.