Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, leytinant Səbuhi İlham oğlu Mehtizadə ilə Sabirabad rayon İcra Hakimiyyətində görüş

11 iyun 2016 | 16:00

Səbuhi Mehdizadə 1991-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 2007-ci ildə M.Müşfiq adına 4 saylı tam orta məktəbini bitirərək Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2010-cu ildə həmin liseyi bitirərək Heydər Əliyev adına Ali Hərbi məktəbdə təhsil almış və ona leytenant rütbəsi verilmişdir. 2015-ci ildən cəbhə bölgələrində, əsasən Füzuli-Cəbrayıl istiqamətində döyüşmüşdür. Aprelin 2-də Lələtəpə uğrunda gedən döyüşlərdə başından və ayağından  ağır yaralanmış, 40 gün hərbi hospitalda müalicə almışdır.
11 iyun 2016-cı il tarixdə leytinant Səbuhi Mehdizadə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tərəfindən qəbul edilmişdir. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. Nazim İsmayılov Səbuhi Mehdizadəni  Lələtəpə uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik, mərdlik və rəşadətə görə bütün sabirabadlılar adından təbrik etmiş, onun müalicəsinin gedişi ilə maraqlanmışdır.

Keçidlər