Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat naziri Sabirabadda vətəndaşları qəbul etmişdir

10 iyun 2016 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat Naziri cənab Ziya Məmmədov iyunun 10-da Sabirabad şəhərində qəbul keçirmişdir. Qəbulda Sabirabad, Saatlı və Hacıqabul rayonlarından olan vətəndaşlar iştirak etmiş, onların müraciətləri, şikayət və təklifləri dinlənilmişdir. Müraciətlər əsasən Hacıqabul, Saatlı və Sabirabad şəhərlərində müasir tipli avtovağzal binasının tikintisi, Sabirabad-Saatlı-İmişli-Kürdəmir avtobus marşrutu xəttinin açılması, Zəngənə-Qaraqaşlı avtomobil yolunun əsaslı təmiri üçün müraciətin aidiyyəti quruma çatdırılması, Xəlifəli-Nərimankənd-Sabirabad marşrut xəttinə əlavə sərnişin avtobusunun ayrılması ilə bağlı olmuşdur. Vətəndaşlar Udulu-Rəncbər avtomobil yolunun əsaslı təmiri və Saatlı rayonunun nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıqlarını bildirmişlər.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapmış, araşdırılması lazım gələn müraciətlərlə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilmiş, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Keçidlər