«Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları» kitabının müzakirəsi keçirilmişdir
Sabirabad şəhərinin Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə «Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları» kitabının müzakirəsi keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə-müəssisələrin, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə kitabın redaksiya heyətinin üzvləri, Şirvan şəhər, Hacıqabul, Saatlı, İmişli rayon mədəniyyət və turizm şöbələrinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qonaqları və tədbir iştirakçılarını salamlamış, 2016-cı iliin ölkəmizdə “Multikulturalizm ili” elan olunmasının əhəmiyyətindən, respublikamızda və rayonumuzda bu sahə ilə bağlı həyata keçirilən tədbirlərdən danışmış, kitabın müzakirəsində hamını fəal olmağa çağırmışdır. O qeyd etmişdir ki, Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilmişdir. Artıq bütün dünya multikulturalizm və tolerantlığın Azərbaycan modelini qəbul etməkdədir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Taleh Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov çıxış edərək «Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları» kitabının əhəmiyyətindən, multikultural dəyərlərdən danışmışlar.
Müzakirə zamanı tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.