Sabirabadda «Uşaqların səsini eşidək» adlı tədir keçirilmişdir
İyunun 2-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri -hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası «Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək» İctimai Birliyi «Uşaqların səsini eşidək» adlı tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq qonaqları və tədbir iştirakçılarını salamlamış, işlərində uğurlar arzulamışdır.
«Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək» İctimai Birliyinin sədri Turanə Əhməd, Azərbaycan Pedaqoji Universitetin dosenti, ekspert İradə Ədiyeva çıxış edərək ailələrdə əxlaqi dəyərlərdən, uşaqlara göstərilən diqqət və qayğıdan, tərbiyə üsullarından danışmışlar.
Toplantıda rayon Polis şöbəsinin baş inspektoru, polis mayoru Namidar Nəsirov, H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbin müəllimi Afiq Ağayev çıxış etmişlər.
Tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.