Sabirabadda narkomaniya ilə bağlı seminar keçirilmişdir
Mayın 13-də Heydər Əliyev Mərkəzində «Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması» mövzusuna həsr edilmiş seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Vasif Quliyev, həmin Dövlət Komissiyasının böyük referenti Şahin İsmayılov, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim- narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Səməd Sadıqov seminar iştirakçıları qarşısında məruzələrlə çıxış etmişlər.
Sonda seminar iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.