Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərə sonsuz məhəbbətlə

10 may 2016 | 16:00

Mayın 10-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mərasim  keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ulu öndər Heydər Əliyevin şəhərimizin mərkəzində yüksələn abidəsi ziyarət olunmuş, önünə  gül-çiçək dəstələri düzülmüşdür.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxa, fotostendlərə baxmışlar. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov  ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə xronoloji ardıcıllıqla   geniş məlumat vermişdir. Qeyd etmişdir ki, bu gün Azərbaycan xalqının taleyində çox şərəfli və yaddaqalan gündür. Bu gün Azərbaycan xalqının bayramıdır. Azərbaycan adlı məmləkəti tarix səhnəsində tanıdan, dərin zəkası, müdrikliyi ilə onu qüdrətli və yenilməz dövlətə çevirmək yolunda ürəyini məşəl edən qadir insan- ulu öndər Heydər Əliyevin ad günüdür. Bu gün Azərbaycan ulu öndərin güclü zəkası sayəsində müstəqil inkişaf yolu ilə inamla irəliləyir. Ölkəmiz ümummilli liderin rəhbərliyi ilə ötən dövrlərdə çox çətin və şərəfli yol keçmişdir. 1993-cü il hamının yaxşı yadındadır. Tariximizin ən sərt dönəmində, ölkəmizdə qardaş qanı axıdılanda, faktiki olaraq vətəndaş müharibəsi başlananda xalqımız vəziyyətdən çıxış yolu məqsədilə ulu öndər Heydər Əliyevə üz tutdu. Ondan ümid, kömək dilədi. Dövlətin ən çətin vaxtında xalqımızın saysız-hesabsız müraciətlərini və xahişlərini nəzərə alaraq ulu öndər Bakıya döndü. Azərbaycan dövlətinə yenidən rəhbərlik etməyə başladı. Ölkəmizdə gedən prosesləri nəzarətə götürdü. Onun gərgin fəaliyyəti sayəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Cəbhədə atəşkəsə nail olundu. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təchizatların yaranmasına yol açan yeni Konstitusiya qəbul edildi. Azərbaycanın müstəqilliyinin dönməzliyi və əbədiliyi təmin olundu. Bu gün ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Xalqımız gələcəyə inamla baxır. Xoşbəxtliyimizi, nurlu sabahımızı ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevlə birliyimizdə görürük.
Tədbirdən sonra iməcilik keçirilmişdir.

Keçidlər