Şriftin ölçüsü :

Saytın rəngi :

Minbaşı kəndinə də təbii qaz verildi

03 may 2016 | 16:00

Rayonumuzda əhalinin qazla təminatını yaxşılaşdırmaq istiqamətində işlər uğurla davam etdirilir. Mayın 3-də daha bir kəndimizə-Minbaşı kəndinə qaz verilmişdir. Onu da qeyd edək ki, Minbaşı rayonumuzun qazlaşdırılan 53-cü kəndi oldu. Bundan sonra kəndin 160 abonenti qazdan istifadə edəcəkdir.
Minbaşılılar qazın gəlişini sevinclə qarşılamışlar. Bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq kənd sakinlərini qazın verilməsi münasibətilə təbrik etmiş, rayonun qazlaşdırılması sahəsində görülən işlərdən danışmışdır.
Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Kamil İsayev çıxış edərək qazlaşdırılma tədbirlərinin bundan sonra da uğurla davam edəcəyini bildirmişdir.
Kənd sakinlərindən Xannaz Mirzəyeva, Yaqub Heydərov çıxış edərək kəndin qazla təminatına görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova minnətdarlıq duyğularını ifadə etmişlər.
Alqış sədaları altında qazın gəlişini bildirən məşəl alovlandırılmışdır.
Mərasim iştirakçıları kənd sakini Mətləb Əliyevin evində ailənin sevincinə şərik olmuşlar.

Keçidlər